[b]Avropa çempionatının anatomiyası: balacaboy İspaniya, yüngül çəkili Türkiyə[/b]
06.06.2016 - 17:04
[b]Avropa çempionatının anatomiyası: balacaboy İspaniya, yüngül çəkili Türkiyə[/b]

Fransada keçiriləcək Avropa çempionatına sayılı günlər qalıb. Apasport.az saytının məlumatına görə, UEFA turnirdəki komandaların maraqlı göstəriciləri ilə bağlı yazı hazırlayıb.

 

Həm futbolçu, həm də komanda olaraq, turnirin ən gənc və yaşlı, ən hündürboy və balacaboy, ən ağır və yüngül çəkili nümayəndələrini həmin yazıda tanımaq mümkündü.

 

AÇ-2016-nın ən gənc futbolçusu Markus Reşforddusa, ən yaşlı oyunçusu Macarıstan yığmasının qapıçısı Qabor Kiraydı. Türkiyə yığması isə turnirin ən az orta çəkiyə malik kollektividi.

 

 

Ən gənc oyunçular

1. Markus Reşford (hücumçu, İngiltərə) – 31.10.1997

2. Renato Sançes (yarımmüdafiəçi, Portuqaliya) – 18.08.1997

3. Əmrə Mor (yarımmüdafiəçi, Türkiyə) – 24.07.1997

 

Ən yaşlı oyunçular

1. Qabor Kiray (qapıçı, Macarıstan) – 01.04.1976

2. Şey Given (qapıçı, İrlandiya) – 20.04.1976

3. Canluici Buffon (qapıçı, İtaliya) – 28.01.1978

 

Ən yaşlı sahə oyunçusu

Rikardo Karvalyo (müdafiəçi, Portuqaliya) – 18.05.1978

 

Ən gənc komandalar

İngiltərə – 25,39 (orta yaş həddi)

Almaniya – 25,43

İsveçrə - 25,57

Belçika – 25,91

Türkiyə - 26,30

 

Ən yaşlı komandalar

İrlandiya – 29,39 (11 oyunçunun yaşı 30 və ondan yuxarıdı)

Rusiya – 28,83 (9 oyunçunun yaşı 30 və ondan yuxarıdı)

Çexiya – 28,70 (11 oyunçunun yaşı 30 və ondan yuxarıdı)

Slovakiya – 28,43 (11 oyunçunun yaşı 30 və ondan yuxarıdı)

İtaliya – 28,43 (9 oyunçunun yaşı 30 və ondan yuxarıdı)

 

20 yaşdan aşağı ən çox futbolçuya malik yığmalar

3 – İsveçrə

2 – Macarıstan, İtaliya, Rumıniya, İspaniya, Ukrayna

1 – Albaniya, Belçika, Çexiya, Fransa, İslandiya, Polşa, Portuqaliya, Rusiya

 

Ən hündürboy futbolçular

2,03 metr – Kostel Pantilimpon (qapıçı, Rumıniya)

2,01 – Ben Foster (qapıçı, İngiltərə)

2,01 – Lovre Kaliniç (qapıçı, Xorvatiya)

2,00 – Andreas İsaksson (qapıçı, İsveç)

 

Ən balacaboy futbolçular

1,63 – Lorentso İnsinye (yarımmüdafiəçi, İtaliya)

1,65 – Ceymi Uord (yarımmüdafiəçi, Şimali İrlandiya)

1,67 – Pedro Rodriges (hücumçu, İspaniya)

 

Yığmaların orta boy göstəricisi

1,86 metr – İsveç

1,85 – Avstriya, Belçika, Xorvatiya, Almaniya, Macarıstan, İslandiya

1,84 – Çexiya, Polşa, Slovakiya, İsveçrə, Ukrayna

1,83 – İngiltərə, İtaliya, Şimali İrlandiya, İrlandiya, Rusiya

1,82 – Albaniya, Fransa, Rumıniya

1,81 – Portuqaliya, Türkiyə, Uels

1,80 – İspaniya

 

Yığmaların orta çəki göstəricisi

80,30 kq – Almaniya

80,17 – İsveç

79,70 – İsveçrə

79,43 – Macarıstan

79,17 – Avstriya

78,87 – Xorvatiya

78,52 – İslandiya

78,35 – Çexiya

77,78 - Belçika
77,74 - Polşa
77,70 - İrlandiya
77,70 - Slovakiya
77,48 - Rusiya
77,00 - İtaliya
76,91 - Fransa
76,78 – Şimali İrlandiya
76,09 - Rumıniya
75,70 - Uels
75,65 - Albaniya
75,61 - Portuqaliya
75,35 - Ukrayna
75,17 – İngiltərə
74,35 - İspaniya
74,30 – Türkiyə