Sentyabrın 18-20-də Türkiyənin Samsun şəhərində taekvondo üzrə Qran-pri keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçiləri Rio-2016 üçün lisenziya xalı verən yarışda 4 taekvondoçunu sınaqdan çıxaracaqlar. Bunlar Avropa Oyunlarının qalibləri Radik İsayevlə (+80) Ayxan Tağızadə (-68 kq), gümüş medalçısı Fəridə Əzizova (67 kq) və bürünc mükafatçısı Patimat Abakarovadı (49 kq).
3 gün davam edəcək ilin ikinci Qran-prisi Yaşar Doğu Spor Salonunda baş tutacaq.
Komandamız Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında Türkiyəyə yollanacaq. Yığmamız sentyabrın 21-də isə vətənə dönəcək
Qeyd edək ki, Moskvada keçirilən ilk yarışda Fəridə Əzizova bürünc medala layiq görülüb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib