[b]Azərbaycanlı idmançı Dehliyə yollanır[/b]
13.02.2017 - 14:52
Fevralın 24-də Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, martın 2-dək davam edəcək yarışa Azərbaycan da qatılacaq.
Dünya kubokunda ölkəmizi Ruslan Lunyov təmsil edəcək. O, 10 m, 25 m və 50 m məsafələrdən hədəfi nişan alacaq.
0
0