“Neftçi SOCAR” mübarizəni dayandırdı
16.08.2026 - 19:35
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində mübarizəni başa vurub.
Apasport.az xəbər verir ki, təmsilçisimiz 1/4 finalda turniri tərk edib.
Komanda İspaniyanın "Madrid" kollektivinə 12:14 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Neftçi SOCAR" B qrupunda "Arrasate Ointxe" (12:10) və "Yanjinq" kollektivinlərinə (21:13) qalib gəlib.
0
0