[b]Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi[/b]
10.09.2015 - 15:30
[b]Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi[/b]

Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda federasiyanın strukturu və İdarə Heyəti müəyyənləşib.

 

"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri ​Sadıq Sadıqov, olimpiya çempionu Elnur Məmmədli və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov federasiyanın vitse-prezidenti, Elmar Babanlı isə baş katibi seçilib.

 

Bu barədə jurnalistlərə açıqlama verən federasiya prezidenti Rövnəq Abdullayev bildirib ki, növbəti il Rio Yay Olimpiya Oyunları keçiriləcəyindən, federasiya tez bir zamanda işə başlamalıdı.