[b]Elxan Məmmədov Budapeştə yollanır[/b]
11.06.2016 - 14:28
İyunun 25-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Qran-pri start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan da qatılacaq.
Komandamızın baş məşqçisi Peter Zayzenbaher turnirdə 1 idmançımızın iştirakını məqsədəuyğun hesab edib. Budapeştdə həmyerlilərimizdən 100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov tatamiyə çıxacaq.
Turnirə ümumilikdə 60 ölkədən 324 cüdoçunun qatılması gözlənilir.
0
0