[b]Fiqurlu konkisürənlərimiz Riqada medal qazandılar[/b]
10.11.2017 - 10:55
Latviyanın paytaxtı Riqada keçirilən “Volvo Open Cup”da Azərbaycan fiqurlu konkisürənləri çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, cütlərin yarışında ölkəmizi Sofiya Karaqodina və Semyon Stepanov təmsil ediblər.
Qısa proqramda 3-cü olan idmançılarımız sərbəst çıxışda ikinci yeri tutublar. Ümumi nəticədə 137,38 xal toplayan cütlük turniri gümüş medalla başa vurub.
0
0