Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" növbəti Avropa turunda mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya" yarışında iştirak ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.
Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdu - 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların ayı 148-ə çatıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib