Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəş açma yarışları keçirilib.
Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209.3 xalla birinci, ABŞ atıcısı Matyu Emmons 208.4 xalla ikinci, Çexiya idmançısı Tomas Yerabek 186.6 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. İlk iki yeri tutan idmançılar gələn il keçiriləcək Rio Olimpiadasına lisenziya əldə edib.
Qeyd edək ki, 5 gündü keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib