[b]Qran-pri turnirinə start verilir[/b]
08.12.2016 - 17:52
Sabah Bakıda taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, ilk gündə yığma komandamızın iki üzvü mübarizəyə başlayacaq.
Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin ilk mərhələdə (-80 kq) rəqibi avstraliyalı Hayder Şkara olacaq. Roman Samodurov isə (-58 kq) bu çəkinin reytinqində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarış saat 10:00-da başlayacaq.
0
0