“Mənə vaxtilə Azərbaycan, Polşa və başqa ölkələrdən təklif olunub”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı ağırlıqqaldıran Olqa Korobka deyib.
Azərbaycan yığmasından real təklif aldığını söyləyən 29 yaşlı 3 qat Avropa çempionu vətənində verdiyi müsahibədə dəfələrlə başqa ölkənin bayrağı altında çıxış etmək variantının olduğunu bildirib: “Məni Ukraynada hər şey qane edir. Elə bu üzdən də vətəni heç bir ölkəyə dəyişməmişəm”.
Beləliklə, Azərbaycan Ağır Atletika Federasiyasının daha bir cəhdi boşa çıxıb. Əcnəbi ağırlıqqaldıranları milliləşdirməyə meylli olan qurum heç də istədiyi hər idmançını ölkəmizə gətirə bilməyib.
Korobka 2008-ci ildə keçirilən Pekin Olimpiadasının gümüş mükafatçısıdır. O, 2003, 2006 və 2007-ci illərdə dünya çempionatında 3 bürünc medalın sahibidir. 2012-ci ildə qanında istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün 4 il cəzalanan Olqa karyerasını bitirməyə qərar verib.
Qeyd edək ki, hazırda Azərbaycan millisi də oxşar problemlə üzləşib. 2 milliləşən legioner də daxil olmaqla, 9 atletimiz dopinqdə “ilişərək”, diskfalifikasiya edilib. Bu isə yığmamıza Rio-de-Janeyro Olimpiadasına buraxılmamaq təhlükəsi yaradıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı