Bakı-2015: [b] I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı keçirilib[/b] - FOTOSESSİYA - YENİLƏNİB
28.06.2015 - 20:53
Bakı-2015: [b] I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı keçirilib[/b] - FOTOSESSİYA - YENİLƏNİB

Bakı Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı başa çatıb. APA-nın məlumatına görə, Bakı 2015: I Avropa Oyunlarında 17 gün ərzində 20 idman növü üzrə davam edən yarışa Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub.

 

Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə Bakı 2015: I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığı ifadə edib.

 

Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Daha sonra 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atletləri səhnəyə çıxıb. Bununla da rəsmi bağlanışın “İdmançıların paradı” hissəsi başa çatıb.

 

***

saat: 21:32

 

Bakı Olimpiya Stadionunda keçirilən I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində idmançıların paradı başlayıb. APA-nın məlumatına görə, Bakı 2015 I Avropa Oyunlarında 17 gün ərzində 20 idman növü üzrə davam edən yarışlara Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü təşrif buyurub.


Stadionun ekranlarında nümayiş olunan qısa filmdə öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlıq ifadə edilib. 

Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Bu, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atleti üçün bayram havasıdır.