"Neftçi İdman Klubu” ilin əlamətdar günlərində neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Apasport.az saytının məlumatına görə, idmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən biri də hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər Günü) ərəfəsində keçirilən Spartakiadadı.
Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilir. Tədbirdə 31 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda iştirakçılar 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparacaqlar.
Yarışlar Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə «Start» İdman Kompleksində («Neftçilər» metrosunun yaxınlığında), atletika növü üzrə isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında keçiriləcək. Sentyabrın 7-də start götürmüş Spartakiada ayın 13-də başa çatacaq.
Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 8-də saat 16:00-da Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib