Ümumdünya Taekvondo Federasiyasının prezidenti Bakıya gəlir
11.04.2014 - 15:35
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıya gələcək. Bu barədə Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov məlumat verib.
Səfərovun sözlərinə görə, Çu Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalosla birgə mayın 1-də Bakıda olacaq. Onlar həmin gün paytaxtımızda start götürəcək Avropa çempionatını izləyəcək və bir sıra rəsmi görüşlər keçirəcəklər.
Qeyd edək ki, 4 gün davam edəcək Avropa çempionatı “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0