Valentin Xristov Azərbaycandan getdi
05.04.2014 - 11:52
Ağırlıqqaldırma üzrə yığmamızın üzvü Valentin Xristov ölkəmizi tərk edib. Apasport.az Bolqarıstanın “Standart” nəşrinə istinadən xəbər verir ki, milliləşdirilmiş atlet vətəninə qayıdıb.
Buna səbəb onun Zülfüqar Süleymanov istisna olmaqla, yığmamızın digər üzvləri kimi Beynəlxalq Ağırlıqqaldırma Assosiasiyası tərəfindən 2 illik cəzalandırılmasıdır. İsrailin paytaxtı Təl-Əvivdə bu gün start götürəcək Avropa çempionatında iştirakına qadağa qoyulan Xristov Bakıda qalmağın lüzumsuz olduğunu görərək, vətəninə qayıtmağı üstün tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0