ABL: “Abşeron Lions” və “Naxçıvan”dan qələbə
05.12.2025 - 00:10
ABL: “Abşeron Lions” və “Naxçıvan”dan qələbə

Azərbaycan Basketbol Liqasının VIII turu davam edir.

Apasport.az xəbər verir ki, B qrupunda “Naxçıvan” “Lənkəran”la qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində keçirilən oyun “Naxçıvan”ın 82:75 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda isə “Abşeron Lions” NTD komandasını 102:87 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında “Sərhədçi” “Ordu”nu 100:64, “Gəncə” isə “Neftçi”ni 80:73 hesabı ilə məğlub edib.