ABL: “Gəncə” NTD-yə qalib gəlib
08.11.2025 - 17:46
ABL: “Gəncə” NTD-yə qalib gəlib

Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib.

Apasport.az xəbər verir ki, A qrupunda "Gəncə" NTD-ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.