ABL: İlin ilk oyunları keçiriləcək
08.01.2026 - 09:52
ABL: İlin ilk oyunları keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün XII tura start veriləcək.

Apaspor.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki görüş keçiriləcək.

Saat 15:00-da "Quba" "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində baş tutacaq. "Ordu" 22 xalla qrup lideridir. 15 xala malik "Quba" dördüncüdür.

Saat 20:00-da isə "Sərhədçi" "Lənkəran"ı sınağa çəkəcək. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. "Sərhədçi" hazırda 15 xalla üçüncüdür. 14 xala malik "Lənkəran" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.