ABL: "Lənkəran" evdə məğlub oldu
13.03.2026 - 16:38
Azərbaycan Basketbol Liqasının XIX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Lənkəran" öz meydanında "Quba" ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə sevinən tərəf qonaqlar olub. Oyun "Quba"nın 94:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.
0
0