ABL: “Naxçıvan” “Sumqayıt”ı məğlub edib
09.01.2026 - 23:52
Azərbaycan Basketbol Liqasının XII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, B qrupunda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən oyun Naxçıvan təmsilçisinin 97:80 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.
0
0