ABL: “Sabah” və “Neftçi”dən qələbə
10.01.2026 - 20:58
Azərbaycan Basketbol Liqasında XII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Sabah” NTD ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş qəsəbə təmsilçisinin 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda isə “Neftçi” “Şəki” ilə qarşılaşıb. Oyun “ağ-qaralar”ın 82:60 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.
0
0