ABL: "Sumqayıt" "Ordu"nun qonağı olacaq
22.01.2026 - 10:55
ABL: "Sumqayıt" "Ordu"nun qonağı olacaq

Azərbaycan Basketbol Liqasında XIV tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

"Sumqayıt" səfərdə "Ordu"nun qonağı olacaq. Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.