ABL: VII turun daha üç oyunu keçiriləcək
16.11.2025 - 11:22
Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunları bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, A qrupunun "Gəncə" - "Abşeron Lions", B qrupunun "Ordu" - "Quba" matçları saat 14:00-da start götürəcək.
A qrupunun NTD - "Sabah" görüşü saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun "Şəki" - "Neftçi" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Daha əvvəl "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib.
0
0