ABL: VIII tura bu gün yekun vurulacaq
05.12.2025 - 10:21
ABL: VIII tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

B qrupunda yer alan "Quba" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 9 xalla beşinci, eyni xala malik "gənclik şəhəri" təmsilçisi altıncıdır.

A qrupunda isə "Şəki" "Sabah"la üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 14 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni, "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.