ABL: XII tura start verilib
08.01.2026 - 22:54
Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçirilib.
"Quba" öz meydanında "Ordu" ilə üz-üzə gəlib. Görüş qonaqların 116:111 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti görüşdə isə "Lənkəran" "Sərhədçi" üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçirilib.
Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.
0
0