“Abşeron Lions” ABŞ-li oyunçu ilə yollarını ayırıb
06.01.2026 - 19:23
“Abşeron Lions” ABŞ-li oyunçu ilə yollarını ayırıb

"Abşeron Lions" basketbolçusu De Şon Eyksen ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, ABŞ-dən olan oyunçu ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, De Şon Eyksen ötən ilin avqustundan "Abşeron Lions"da çıxış edirdi.