“Abşeron Lions”dan inamlı qələbə
13.02.2026 - 22:14
Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunda "Gəncə" "Abşeron Lions"u qəbul edib.
Qonaqlar 81:71 hesablı qələbəyə sevinib.
B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.
0
0