Amerikalı oyunçu “Neftçi”də - RƏSMİ
13.08.2026 - 14:08
Amerikalı oyunçu “Neftçi”də - RƏSMİ

“Neftçi” basketbol komandası heyətini amerikalı oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Robert Hovardla 2026/2027-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.

29 yaşlı, 203 sm boya malik hücumçu karyerası ərzində Avstriya, Çexiya və Belçika çempionatlarında çıxış edib. Amerikalı basketbolçunun son klubu Slovakiya təmsilçisi “Slovan Bratislava” olub.