Azərbaycan klubunun oyunçusu əməliyyat olunub - MÖVSÜMÜ BİTİRİB
11.11.2025 - 20:45
Azərbaycan klubunun oyunçusu əməliyyat olunub - MÖVSÜMÜ BİTİRİB

"Lənkəran"da basketbol komandasında çıxış edən Pərviz Mirzəyev zədə səbəbindən mövsümü bitirib.

Apasport.az xəbər verir ki, gənc basketbolçu əməliyyat olunub. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ön çarpaz bağları qopan oyunçunun təxminən 8-9 ay sonra parketlərə qayıdacağı gözlənilir.