Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
01.07.2026 - 12:14
Azərbaycan milli basketbol komandasının UEFA AVRO-2029 birinci seçmə mərhələsinin 5-ci turunun A qrupunun Lüksemburqla oyunu üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, heyətdə 12 oyunçu var: Amil Həmzəyev, Emanuel Aqbason, Vesli Van Beek, Əkbər Məmmədov, Orxan Aydın, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkpərov, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz və Şirzad Şirzadov.
Lüksemburq - Azərbaycan matçı iyulun 2-də Lüksemburq şəhərində keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
0
0