Çempionlar Liqası: "Sabah" növbəti matçına çıxacaq
29.10.2025 - 11:34
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.
Matç Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına uduzub.
- "Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
- "Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
- “Sabah” Çempionlar Liqasında məğlub oldu
- “Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı
- Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı
0
0