“Fənərbaxça” derbidə qalib gəldi – Seriyada önə keçdi
17.06.2026 - 23:06
Türkiyə Basketbol Super Liqasının pley-off final seriyasında üçüncü oyun keçirilib.
Apasport.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Fənərbaxça”nı qəbul edib.
Qarşılaşma qonaqların 82:71 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Fənərbaxça” final seriyasında 2:1 önə keçib.
Oyunun ən məhsuldar basketbolçuları “Fənərbaxça”dan Tarik Biberoviç və Talen Horton-Takker olub. Hər iki oyunçu komandasına 17 xal qazandırıb. “Beşiktaş”da isə ən çox xal toplayan oyunçu 16 xalla Derik Nidhem olub.
Qeyd edək ki, seriyada 4 qələbəyə çatan komanda Türkiyə çempionu olacaq.
0
0