"Gəncə"də yeni müqavilə
17.08.2026 - 12:51
"Gəncə"də yeni müqavilə

"Gəncə" basketbol klubu Aydın İbrahimovu heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

21 yaşlı hücumçu ilə müqavilənin müddəti yeni mövsümün sonunadək nəzərdə tutulub.

Boyu 2 metr olan basketbolçu Azərbaycanın U-18 və U-20 millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, A.İbrahimovun son klubu "Lənkəran" olub.