“Lənkəran”da ayrılıq
10.12.2025 - 21:34
“Lənkəran” klubu basketbolçusu Raşed Disonla vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün əvvəlində komandaya qoşulan ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Lənkəran” 23 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.
0
0