Millilərimiz FİBA reytinqində mövqelərini yaxşılaşdırıb - FOTO
24.03.2026 - 23:23
Basketbol üzrə kişilərdən ibarət millimiz FİBA tərəfindən açıqlanan son reytinq cədvəlində irəliləyişə nail olub.
Apasport.az xəbər verir ki, yığmamız 5 pillə yüksələrək 99-cu sırada qərarlaşıb.
Eyni zamanda qadınlardan ibarət milli komandamız da reytinqdə 10 pillə irəliləyərək, 93-cü sıraya yüksəlib.
0
0