Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 millimiz B qrupunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, qızlarımız ev sahibi Tailand komandası ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 21:8 hesabı ilə məğlub etməyi bacarıb. Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.
Xatırladaq ki, yığmamız ilk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzub.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq