Millimiz İslamiadanın finalına yüksəlib
19.11.2025 - 18:26
Millimiz İslamiadanın finalına yüksəlib

Azərbaycanın qadın 3x3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın yarımfinal mərhələsində komandamız Misir yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 22:15 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək həlledici qarşılaşmadakı rəqibi İran – Türkiyə cütünün qalibi olacaq.