“Naxçıvan”dan növbəti qələbə
03.04.2026 - 22:32
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 98:87.
Günün ilk görüşündə isə "Şəki" "Quba"nı (101:89) üstələyib.
Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.
0
0