“Naxçıvan”ın məşqçisi: “Bu cür səhvlərə yol verməyəcəyik”
06.04.2025 - 15:28
“Naxçıvan”ın məşqçisi: “Bu cür səhvlərə yol verməyəcəyik”

“Naxçıvan” basketbol komandasının köməkçi məşqçisi Güray Yıldız “Sabah” ilə oyundan (89:111) sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, matçı dəyərləndirib.

"Matça pis başladıq. Baş məşqçimiz Murat Dikmenin yoxluğunu çox hiss etdik. Pley-offlar öncəsi qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik. Komandamıza və baş məşqçimizə güvənirik".