“Neftçi SOCAR” Tokioda 1/4 finala yüksəldi – Qrup lideri oldu
01.08.2026 - 14:56
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilk oyunda ABŞ millisini 18:13 hesabı ilə məğlub edib.
“Neftçi SOCAR” qrupdakı son qarşılaşmasında isə Niderlandın U-25 komandasına 20:18 hesabı ilə qalib gəlib. Beləliklə, komanda qrup lideri kimi pley-offa yüksəlib.
Təmsilçimiz 1/4 finalda Çinin “Pekin” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
0
0