“Neftçi”dən yeni transfer - RƏSMİ
16.08.2026 - 11:05
“Neftçi” basketbol komandası heyətini daha bir yerli oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi 19 yaşlı Ramazan Qarayevlə 2026/2027-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.
0
0