“Quba” legioner ilə yollarını ayırıb
09.01.2026 - 15:12
“Quba” legioner ilə yollarını ayırıb

“Quba” basketbol klubunda ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Amadu Traore komandanı tərk edib.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

ABŞ-li basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Amadu Traore mövsümün əvvəlində “Quba” klubuna qoşulmuşdu.