"Sabah" "Gəncə"ni səfərdə məğlub edib
14.03.2026 - 18:40
Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Gəncə" "Sabah"ı qəbul edib.
Gəncə İdman Sarayında reallaşan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.
Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.
Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.
0
0