“Sabah”dan növbəti qələbə
02.05.2026 - 17:19
“Sabah”dan növbəti qələbə

"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, komanda "Abşeron Lions"u məğlub edib.

Qarşılaşma 112:84 hesabı ilə bitib.

Xatırladaq ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.