“Sumqayıt” səfərdə qələbə qazanıb
14.04.2025 - 23:24
“Sumqayıt” səfərdə qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, "Sərhədçi" öz meydanında "Sumqayıt"la qarşılaşıb.

Qonaqlar rəqibi üzərində 100:95 hesablı qələbə qazanıblar.

İlk qarşılaşmada "Sərhədçi" qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.

Qeyd edək ki, Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayır.