Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib
07.02.2026 - 00:40
Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib

 

“Gəncə” basketbol klubunda ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın türkiyəli məşqçisi Yusuf Aydilek klubu tərk edib.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Aydilek səhhəti ilə əlaqədar vətəninə qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Yusuf Aydilek baş məşqçi Halil Atlının köməkçisi vəzifəsini icra edirdi.