Yığmamız Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİB
21.08.2026 - 22:17
Yığmamız Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİB

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizəyə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə ilk sınağına Portuqaliyaya qarşı çıxıb.

Milli Gimnastika Arenasında keçirilən görüş saat 19:00-da başlayıb.

Qarşılaşma millimizin 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.

Komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatının Bakıdakı qarşılaşmaları avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 6-dək davam edəcək turnirə Azərbaycanla birlikdə Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir.