Avropa Liqası: Finalın adı bəlli olur - YENİLƏNİR
08.05.2025 - 08:36
Avropa Liqası: Finalın adı bəlli olur  - YENİLƏNİR

Bu gün Avropa Liqasının finalında yarışacaq komandalar bəlli olacaq.

Apasport.az xəbər verir ki, yarımfinalın cavab oyunlarının hər ikisi bu gün baş tutacaq. 

"Mançester Yunayted" evdə "Atletik"i qəbul edəcək. Tərəflər arasında ilk qarşılaşma "Yunayted"in qələbəsi ilə başa çatmışdı - 3:0.

"Bodo-Qlimt" isə doğma meydanda "Tottenhem" ilə üz-üzə gələcək. İlk oyunda Premyer Liqa təmsilçisi 3:1 qələbəyə sevinmişdi. 

Qeyd edək ki, hər iki qarşılaşma saat 23:00-da start götürəcək.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

23:00. "Mançester Yunayted" - "Atletik"

İlk oyun - 3:0

23:00. "Bodo-Qlimt" - "Tottenhem"

İlk oyun - 1:3