ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”u məğlub etdi - YENİLƏNİB
26.11.2026 - 01:56
ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”u məğlub etdi - YENİLƏNİB

“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi V tur çərçivəsində Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşıb.

Görüş İngiltərənin paytaxtı Londonda yerləşən “Stemford Bric” stadionunda keçirilib. 

Matç Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. Oyunun ilk yarısında hesab açılmayıb. İkinci hissədə Vedat Muriç "Fənər"ə qələbə qazandıran qolu vurub - 1:0.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

00:00. “Şaxtyor” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə) 0:1
Qol: V. Muriç, 56

Stadion: “Stemford Bric” (London, İngiltərə)