ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR
12.08.2025 - 09:17
ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Şkendiya”nı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşma “Qarabağ”ın minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu

20:00 Qarabağ – Şkendiya (Şimali Makedoniya)